sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 3-11-2022, 22:30

Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotleti

Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotleti
Balqabaq əlavə edilərək hazırlanan toyuq kotletləri dadlı və çox faydalıdır. Balqabağın ləti kotletlərə xoş portağal rəngi və gözəl ətir verir. Heç bir yağ və karbohidrat olmayan toyuq əti demək olar ki, tamamilə asanlıqla həzm olunan zülallardan ibarətdir. Balqabaq kotletlərə zülalların həzm edilməsi üçün lazım olan lifi əlavə edir. LoaDinG.Az balqabaqlı toyuq kotletinin reseptini təqdim edir.

Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotletinin tərkibi:
250 qr balqabaq
1 ədəd soğan
2 diş sarımsaq
800-900 qr toyuq filesi qiyməsi
1 ədəd yumurta
1 çay qaşığı duz
zövqə görə istiot
1-2 xörək qaşığı un
2 xörək qaşığı bitki yağı
50-70 ml su
2-3 xörək qaşığı manna yarması
Xoş Rəngli və Faydalı Balqabaqlı Toyuq Kotletinin hazırlanma qaydası:
İlk öncə qabığı soyulmuş balqabaq dilimlərini sürtgəcədən keçirin. Soğanın qabığını soyub 3-4 hissəyə bölün. Blenderin qabına soğan və sürtgəcdən keçirilmiş balqabağı töküb yüngülcə qarışdırın. Sarımsağı sarımsaqəzəndən keçirin. Toyuq filesinin qiyməsinin üzərinə blenderdə əzilmiş balqabaqlı qarışığı, yumurta, sarımsaq, duz və istiot əlavə edib qarışdırın. Kotlet çox duru alınarsa bir az manna yarması əlavə edə bilərsiniz. Hazırladığınız kütlədən kotletlər hazırlayın və yüngülcə una bulayın. Kotletləri hazırladıqda qiymə yapışmasın deyə əllərinizi su ilə yüngülcə isladın. Tavada yağı qızdırın. Kotletləri iki tərəfli 5-6 dəqiqə qızardın. Bir az su əlavə edib tavanın qapağını örtün və aşağı istilikdə daha 7-10 dəqiqə bişirin. Bu qaydayla kotletləri bişirib süfrəyə verin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 532 475 504 456 529

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.