sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 3-11-2022, 23:00

Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çay

Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çay
Heyrətamiz şirin ətri olan qaymaqlı içki hər kəsin əhval ruhiyyəsini qaldıracaq. Soyuq bir axşam sizə lazım olan içki! LoaDinG.Az ağ şokoladlı südlü çayın reseptini təqdim edir.

Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çayın tərkibi:
250 ml süd
1 ədəd atma qara çay (paket)
40 qr ağ şokolad
zövqə görə üzərinə çırpılmış qaymaq, darçın tozu
Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çayın hazırlanma qaydası:
Südü orta istilikdə qızdırın. Çay paketini isti südə əlavə edin. Süd köpməyə başlayanda ocağı söndürün. Çay paketini bir neçə dəqiqə daha saxlayın və daha sonra süddən çıxarın. Südü orta ocağa qoyub şokolad dilimlərini südün içərisinə atın və əriyənə qədər qarışdırın. Ocaqdan götürüb fincana tökün. Zövqə görə süfrəyə verdikdə üzərinə çırpılmış qaymaq, darçın tozu və ya rəndələnmiş şokoladla bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 364 372 370 314 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.