n2006

n2006 İdman 4-11-2022, 10:59

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununu keçirib.

LoaDinG.Az`ın məlumatına görə, mübarizəyə I raunddan başlayan Çingiz Əzimovun rəhbərlik etdiyi kollektiv Portuqaliya yığmasının qonağı olub.

Paredes şəhərinin "Multiusos de Paredes" arenasında oynanılan görüş rəqibin 32:19 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında ikinci oyun noyabrın 5-də eyni arenada olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 397 382 380 401 454

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.