n2006

n2006 Mətbəx 8-11-2022, 19:52

Yeməklərə Fərqli Dad Qatan Sarımsaqlı Kərə Yağı

Yeməklərə Fərqli Dad Qatan Sarımsaqlı Kərə Yağı
Sarımsaq və göyərti əlavə edilmiş kərə yağı bir çox yeməklərə qeyri-adi ləzzət qatır. Ev şəraitində hazırladığınız bu kərə yağını streç salafana büküb, daha sonra dilimləyərək isti çörəklə də süfrəyə verə bilərsiniz. LoaDinG.Az sarımsaqlı kərə yağının reseptini təqdim edir.

Tərkibi:

100 qr kərə yağı
1 çay qaşığı duz
2 diş sarımsaq
kəklikotu
cəfəri
Hazırlanma qaydası:

İlk öncə 100 qr kərə yağını otaq temperaturunda yumşaldın. Bir qabda 2 diş sarımsağın üzərinə 1 çay qaşığı duz töküb əzin. Kərə yağının içərisinə sarımsağı, bir az kəklikotu və çox xırda doğranmış 2 xörək qaşığı cəfəri əlavə edib yaxşıca qarışdırın. Sarımsaqlı kərə yağını bir qaba qoyub qapağını bağlayaraq soyuducuda saxlayın. Və ya streç salafanın üzərinə töküb rulet forması verərək büküb saxlaya bilərsiniz. Süfrəyə verdikdə dilimləyə bilərsiniz.
Nuş Olsun!




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
570 509 413 407 440 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.