n2006

n2006 Mətbəx 12-11-2022, 08:30

Görünüşü Heyranedici Gilas Peçenyesi

Görünüşü Heyranedici Gilas Peçenyesi
Görünüşü heyranedici və asan hazırlanan peçenye. LoaDinG.Az ləzzətli gilas peşenyesinin reseptini təqdim edir.

Tərkibi:

250 qr kərə yağı və ya marqarin yağı
9 qəhvə fincanı un
3 qəhvə fincanı şəkər kirşanı
1 çay qaşığı qırmızı qida boyası
apardığı qədər fındıq
gilas saplağı
Bulamaq üçün şəkər tozu

Hazırlanma qaydası:

Bir qabda yağ, un və şəkər kirşanını qarışdırıb xəmir yoğurun. Xəmirdən gilas böyüklüyündə kündələr qoparıb ovucunuzun içərisində açın. Kündənin orta hissəsinə bir ədəd bütöv fındıq qoyub xəmiri yuvarlayıb gilas forması verin. Xəmirə gilas saplağını batırın və əvvəlcədən 175 dərəcə qızdırılmış sobada bişirin. Bir qabda su və qida boyasını qarışdırın. Bişən peçenyeləri isti-isti rəngli suya batırın və şəkər tozuna bulayın.

Nuş Olsun!


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 435 422 431 415 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.