ice berg

ice berg Şeirlər 12-11-2022, 01:27

Ağır günlər...

Ağır günlər...
Çox ağlatdın dil açıb da dinmədim
Alış dedin,mən ki heç vaxt sönmədim.
Sən sındırdın,sınıqdı ümidlərim,
Həyat,yaman ağır imiş günlərin...

İnanmışdım, yalan imiş vədlərin,
Könül gördüyünü görmür gözlərim
Elə dardır yolların,keçidlərin,
Həyat,yaman ağır imiş günlərin...


Yoxdur daha bu dünyadan istəyim
Nə istəyim?Nə diləyim?Nə deyim?
Ağrı oldu gülüş altda gözlərim
Həyat,yaman ağır imiş günlərin...

Gülnarə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
478 475 444 490 450 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.