amon

amon Sevgi 17-07-2017, 22:23

İlk dəfə

İlk dəfə
Ən asan şey dünyada nədir bilirsinizmi?
Ən asan şey - bir qəlbi qırmaqdır, bundan sadə heç nə ola bilməz. Amma onu yenədən əvvəlki hala salmaq elə də asan deyil.

Bəzənsə - mümkünsüzdü, bu parça-parça olan bir güzgünü bitişdirməyə bənzəyər. Qırılmış ümidləri, darmadağın olmuş xəyalları geri gətirmək necə də çətindir. Bəzən ürəklər bir hərəkətdən, bir sözdən elə qırılar ki, daha bir daha geriyə dönüş olmaz. Amma bəzənsə insanın böyük sevgisi onu dəfələrlə bağışlamağa vadar edər. Nə incidən hiss etməz, nə də inciklik ilk dəfədəki kimi yandırmaz.

İlk incikliyində dünyanın sonu gəlmiş kimi görünərsə, sonralar hər acı bir az daha az incidər. İnsanlar bir birnə öyrəşər, bir birinin pisiylə və yaxşısıyla barışar. Sonsuzadək məhəbbət yenə də qalar, amma alovu göylərə qalxmaz.

Bir misal çəkim.
Yeni aldığınız mobil telefonu necə də qoruyursunuz, deyilmi. Ah bir cızıq belə olmasın, deyirsiniz, amma bir dəfə nə vaxtsa ilk cızıq düşər, bərk heyfsilənərsiniz. Bir daha yenə, bir daha. Zaman keçdikcə əlinizin öyrəşdiyi doğma telefonunuzun üzərindəki çızıqları daha saymazsınız.
İlk dəfə sinib barışdımı bəlkə biri də olar...
İlk dəfəni atlatdısa, sonrakılara da dözər...
İlk dəfənin olmaması isə heyif ki, mümükün deyil...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
950 921 856 764 795 783

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.