ice berg

ice berg İdman 12-11-2022, 14:46

On yaşlı azərbaycanlı şahmatçı erməni rəqibinə qalib gəlib

On yaşlı azərbaycanlı şahmatçı erməni rəqibinə qalib gəlib
Azərbaycanlı şahmatçı Antalyada müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında erməni rəqibinə qalib gələrək növbəti tura keçib.

LoaDinG.aZ Oxu.Az'a istinadən xəbər verir ki, 10 yaşlılar arasında (G10) keçirilən yarışda həmyerlimiz Leyla Mirzəliyeva da iştirak edir.

O, beşinci turda erməni rəqibi Harutyunyan Qabrielaya qalib gələrək növbəti turda yunanıstanlı şahmatçı, turun favoriti Lampou Marianta ilə görüşüb.

Yunan rəqibi ilə oyunu heç-heçə bitirən şahmatçımız hazırda sıralamada 1-ci yerdə qərarlaşıb.

Leylanın 7-ci turda rəqibi Polşa təmsilçisi Blanka Eysimont olacaq. Görüş bu gün yerli vaxtla 15:00-da başlayacaq.


Qeyd edək ki, yarış noyabrın 14-nə qədər davam edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
381 361 413 407 325 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.