Pəncərədən gələn səs
Səhər 08:00 da çalmağa hazırlaşan zəngli saat 06:27 - ni göstərirdi. Dünənki hərəkətsiz və passiv keçən günün ardından heç cür yuxusu gəlməyən X çarpayısında oturmuş vəziyyətə keçdi. Hər şey hər zamankı kimi idi. Corablar stolun ayaqlarından sallanır, qol saatı zəngli saatın başından asılı qalıb. Kül qabı ağzına qədər dolu. Yuxu gətirilməsi üçün içilən viski stəkanı isə aşmışdır. Damcıları yerdə olan boz çalarlı xalçanı ehmalca islatmışdı. X ayaqa durdu və ayağı islandı. Çevrilib arxasına baxdı. Gördü ki, dünəndən qalan stəkan aşıb və yeri isladıb. Çarpayı boşdur. Üzərinə atdığı yorğan isə yerlərdə sürünür. Yastıq həmişəki qaydada yoxdur. Çünki X çox insan kimi yastıqsız yatır. Key kimi ora bura boylanan X güzgüyə tərəf yaxınlaşdı. Darağı götürüb sərt saçını yana daramaq üçün çabalamağa başladı. Alınmadığını görüb hamam otağına keçdi, başını suyun altına saldı. Dəsmalla saçını qurulayıb yenidən daramağa başladı. Yorğunluqdan çimmək belə istəmirdi. Mətbəxə keçib çirkli qabların arasından təmiz bir ədəd qaşıq tapdı. Stəkana kofe töküb su ilə qarışdırdı. "Bundan gözəl nə ola bilər ki?!" deyə içindən səslər gəlirdi. Salon otağında TV-i yandırıb qarşısına keçdi. Bu gün tətildir ! Əsl kef etmək havasıdır deyə dodağın altından danışdı. Kanallar nədənsə qarışmışdı. İlk açdığı kanalda siqnal yox idi. İkinci və üçüncü kanallarda da heçnə görsənmirdi. X "Lənət olsun belə TV-ə" deyə mızıldanaraq əsəbləşməyə başlamışdı. 6-7 ci kanaldan sonra FEKA adlı kanalı gəldi. Bu X-in dünən baxdığı kanal idi. Ekranda "Yalnız etdiklərini silə bilərsən amma vicdanıvı silə bilmərsən" yazılmışdı. X heyranlıq içində Televizora baxırdı. Biraz da şoka düşmüşdü. "Bu nədir ? Nə demək istəyirlər ?" sualları beynini yeyirdi. Qaçıb mətbəxdəki jalüzü qaldırdı. Gördüyü onu heyrətə gətirmişdi. İnsanlar donub qalmışdı. Hər gün küçəni süpürən xanım süpürgəsi ilə birgə qurumuşdu. İşıqforu qaçaraq keçən 2 gənc maşına toqquşaraq donmuşdu. Dünəndən bəri maşından atılan "xanım" asfaltın üzərində donub qalmışdı.
X çaş-baş qalır, nə edəcəkini bilmirdi. Qapını açıb tez çölə qaçdı. Elə bu an yuxudan ayıldı. 08:00 da çalmağa hazırlanan 06:27-ni göstərirdi. X çarpayıda oturaq vəziyyətinə keçid etdi. Əlini üzünə tutub rahatladı. X ayağa durdu və ayağı islandı. Bu hadisə onun bədəninə soyuğ tər gətirdi. Əli əsdi, bu hadisə onun axirəti kimi gəlirdi amma əslində sadəcə ayağı islanmışdı. Tez qaçıb televizoru yandırdı. Kanallar bağlı idi. "Çevir, çevir" deyə qışqırırdı televizora. Kanalın adın unutmuşdu. Nə qədər çevirsə də kanalı tapa bilmirdi. Tələsgənliyindən kanalı ötürmüşdü. 20 dəqiqədən sonra tapılan kanal onun hurşunu itirməsinə nail oldu. Bir iki saat keçdikdən sonra X ayıldı. Qarşısında eyni mənzərə dururdu. "Etdiklərini silə bilərsən amma vicdanıvı silə bilmərsən. Çölə Çlxmayın ! " Şoka düşmüşdü. Axı bu necə ola bilərdi ? Başını yerə çırpır və qışqırırdı. Bir şey anlamışdı "Çölə çıxmaq olmaz". X tez-tez qışqırırdı "Çölə çıxmaq olmaz ! Çölə çıxmaq olmaz !". Pəncərədən boylandı. Ağlında olan bütün mənzərələrə olduğu kimi idi. Ağzı açıq şəkildə ətrafa boylanıb, geri çəkildi. Pərdəni örtdü. - Nə edim ?! İlahi nə zibilə düşmüşəm ! Ayağa durub dünəndən qalan viski butulkasını əlinə alıb. Birbaşa başına çəkdi. Bu hər kəs kimi X - in də xoşuna gəlirdi. Onun üçün stəkan və s. mədəniyyət abidələri sadəcə maraqsız idi. İçki onun bütün beyninə və qan damarlarına işləyirdi. Bədən temperaturu get-gedə artırdı. Biraz duruxdu. Yaddaşı yerinə gəlməyə başladı. Divara yaslanıb qəhvəyi gözlərini saatın əqrəbinə zillədi. O dünəni xatırlayırdı sanki və eləcə də saatın dayandığını gördü. Saat 07:26 idi. - Axı bu necə ola bilər ? Mən neçə saatdı bu otağdayam ? Sadəcə 1-2 saat keçib ?! Hava ala qaranlıq idi. Pəncərənin kənarına söykənib gizlin-gizlin pərdənin arxasından küçədəki mənzərəyə baxırdı. Cibinə toxunaraq telefonu axtarmağa çalışdı. Tapa bilmədi. Hamı kimi deyəsən X də telefonu yastığın altına qoyurdu. Yataq otağına daxil olub çarpayının üzərində olan telefonu götürdü. Son dəfə sonu 267 ilə bitən nömrəyə zəng etmişdi. Heç fikir vermədi.
Biraz tavana baxandan sonra X ayılmışdı. Artıq düşünmə qabiliyyəti güclənmişdi. İçkinin təsiri artıq azalmışdı. Elə bu ərəfələr də onun etdiyi bu peşmançılıqlar onun üzünə gülürdü. Film kadrları kimi onun gözünün qabağından sürətli şəkildə keçməyə başladı. Özünü itirdi və qapını açıb çölə qaçdı. Səmadan gələn azadlıq işıqları onu son dəfə parıldatdı. Çöldə birdən-birə peyda olan axtarış qrupu onu tələşlı və şübhəli görərək. Əlini qolunu bağlayıb maşına apardılar. Bu hadisənin təfərrüatı hər kəsə bir mənalı qalmışdı. Sonradan isə Milli Təhlükəsizlik Nazirliyi geniş açıqlama yaydı. Məsələnin məğzi isə çox qorxuducudur. X səhər saatlarına qədər barda içmiş və məşuqəsi ilə sürətli şəkildə yolda irəliləyirmiş. Yolda sözləri çəp gələn cütlüyün davaları başlamışdı. X əsəbləşərək əlində olan butulkanı başına çırparaq onu maşından itələyib atmışdır. Bu qorxunun və sərxoşluğun nəticəsində o qırmızı işığı görə bilməmiş və maşını səhər tezdən durub məktəbə getməyə çalışan iki az yaşlıya çırpmışdır. Üzünü gördüyünü sandığı süpürgəçi xanımdan uzaqlaşmaq üçün sürətli şəkildə irələyib evə qaçmışdır. Nəticə etibarı ilə yolda qalmış 3 meyit polis tərəfindən aşkarlanmış və axtarış qrupu yaradılmışdır. Süpürgəçi xanımdan ilkin məlumatları alarkən həmin xanımın gözlərinin kor olduğu qənaətinə gəlinmişdir. Yəni tam olaraq o heçnəyi görməmişdir. Sadəcə səs eşitmişdir. Ailəsini dolandırmaq üçün işə başlayan xanım bunu çox böyük məyusluq içində başa salırdı. Axtarış qrupunun əlində heç bir məlumatın olmaması rəhbərliyi narahat edirdi. Sonuncu dəfə həmin ərazidə axtarış aparılan zaman. Balıqçının toruna X qaçaraq düşmüşdü.
- Fərid Məmmədli