n2006

n2006 Münasibətlər 16-11-2022, 21:00

Xoşbəxt ailənin sirləri – “EVLİSƏN”

Xoşbəxt ailənin sirləri – “EVLİSƏN”
Əslində insan səadətini başqa yerdə yox, öz evində axtarmalıdır. Heç bir zaman unutmayaq ki, ailə həyatınızı sevgi və yoldaşlıq üzərində qursanız, əbədi səadətə nail ola bilərsiniz. Rusiyalı psixoloqlarınının düşüncələrinə görə,aşağıda göstərilən prinsiplərə riayət etsəniz onda xoşbəxt bir ailə sahibi ola bilərsiniz.

Psixoloqlar qeyd edirlər ki, qısa ayrılıqlar ailə münasibətlərini möhkəmləndirir. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər.

Xoşbəxt ailə üçün bir-birinizin xarakterini yaxşı bilməlisiniz və bir-birinizi başa düşməyə çalışmalısınız. Ancaq bu şəkildə problemlərdən uzaq ola bilərsiniz.

Xoşbəxt ailənin sirləri – “EVLİSƏN”

Heç bir anlaşılmazlığın uzunmüddətli olmasına yol verməyin. Qısa bir vaxtda məsələni həll etməyə çalışın.

Çalışın keçmiş nişanlınızdan və ya həyat yoldaşınızdan heç kəsə danışmayın. Ümumiyyətlə, keçmişə aid pis xatirələrinizi unudun.

Münasibətlərdə idealist olmayın. Güzəştə getməyə çalışın və qarşı tərəfdən sizə tərəf atılan birinci addımı gözləməyin.

Hər vasitə ilə bir-birinizə sevginizi ifadə etməyi unutmayın.

Çətinliklərə təslim olmayın. Həyata ümidlə baxın. Problemlər ilə rastlaşsanız belə üzünüz hər zaman gülsün.



Kiçik və ya böyük problemlərə görə bir-birinizi ittiham etməyin. Səhvsiz insan olmaz, bağışlamağı bacarın.

Yersiz və əsassız qısqanclıqlara və ya şübhələrə yol verməyin, çünki bunlar ailəni uçuruma aparır

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 527 454 466 475 542

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.