n2006

n2006 Maraqlı 18-11-2022, 13:30

Balıqların çoxalması

Balıqların çoxalması
Balıqların çoxu kürü tökməklə çoxalır.Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli, bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır.Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.

Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur;Xəzər kilkələri,şəmayı,Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür.Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır. Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var.Bir qayda olaraq dişilər erkəklərdən iri olur,erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var.Balıqlarda yalnız nəsilvermə zamanıəmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir.Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur. Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur.Durna baliğı həşəm,külmə yazda kürü tökür.Şəmayı,nərələrin bir qismi bu işi yayda yerinə yetirir.Qızıl balıq və qızılxallı payızın axırlarında,qışda kürüləyirlər.

Kürünü xaricdən nazik pərdə əhatə edir.Bu pərdədə çox kiçik dəlik var.Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır.Mayalanmış kürü şişir və həmin dəlik bağlanır.Mayalanmadan az sonra kürünün bölünməsi başlayır,çoxhüceyrəli rüşeym əmələ gəlir.Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir.Rüşeym sarılıq hesabına qidalanır.Müəyyən vaxtdan sonra kürüdən çıxır.Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir.Bu müddət yayda və yazda 1 həftəyə qədər,payızda-qışda isə 2 ay davəm edir.Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır.Buna daxili qidalanma deyilir.Tədricən körpələr yaşlı fərdə oxşayır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
894 789 733 713 690 753

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.