n2006

n2006 Xəbərlər 17-11-2022, 08:54

Şəmkirdə siqaret yanğına səbəb olub, kişi və qadın ağır xəsarətlər alıblar

Şəmkirdə siqaret yanğına səbəb olub, kişi və qadın ağır xəsarətlər alıblar
Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb, vəziyyətləri ağırdır.

LoaDinG.Az`ın məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü E.İsmayılov və 2004-cü il təvəllüdlü N.Cəfərova qaldıqları evin yataq otağında ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanğının E.İsmayılovun çəkdiyi siqaretin yatağına düşməsi nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
321 287 295 327 291 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.