20 ildən sonra ana və oğulun təsirli görüşü.
"Правда" qəzetinin cəbhə bölgəsindən olan fotomüxbiri Semyon Korotkov 1942-ci ilin mayında hərbi rubrika üçün bir dəniz piyadasının şəklini çəkdi. Hitlerin ordusu ilə şiddətli döyüşlər gedirdi, hər dəqiqə önəmli idi, ancaq dəniz piyadası bu şəklin dərc edilməsini və evə, anasına göndərmək üçün ona verilməsini xahiş etdi.
Korotkov lentin üzərində işlədi və fotoşəkli çıxara bildi. Cəsur dəniz piyadasının fotoşəklinin arxa üzündə Korotkov “A.Arşba, may 1942-ci il” yazdı. Lakin, onu ünvanı üzrə çatdıra bilmədi. Almanlar cəbhənin bu yerində hücum həyata keçirir, sovet qoşunları döyüşərək geri çəkilirdi. Geri çəkilmə həyəcanında Korotkov dəniz piyadasını tapa bilmədi və fotoşəkil sahə əl çantasında qaldı.

Sonra, artıq müharibədən sonrakı dövrdə Korotkov “Sovet Abxaziyası” qəzetinin redaksiyasında çalışırdı. Bir gün köhnə faylları nəzərdən keçirəndə, o, təəccüblə tanış bir soyad gördü. 1942-ci ilin 13 avqustundan olan qeyd kəşfiyyatçının (bir qədər geniş əhvalat olduğu üçün burada yazılmayan) döyüş qəhrəmanlığından danışırdı.
Fotoşəkil Korotkovun yadına düşdü və onu öz köhnə vərəqləri arasından tapdı. Bircə qalırdı fotoşəklin qəhrəmanını axtarıb tapmaq. Təəssüf ki, Semyon İosifoviç dəniz piyadası Aleksey Arşbanın Hitlerin ordusu ilə Sevastopol şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olduğunu öyrəndi.
Onda Korotkov qəhrəmanın anasını axtarmaq və fotoşəkli ona vermək qərarına gəldi. Belə ki, bu da asan olmadı. Gənc təhsil aldığı yerə görə tanınırdı, təhsil ocağının yataqxanasında yaşayırdı, əvvəlki ünvanını isə öyrənə bilmədi.
Axtarışlar başladı. Korotkov uzun illər Abxaziyanın kəndlərini gəzərək qəhrəmanın anasını axtarırdı, ancaq insanlar şəklə baxaraq yalnız əllərini havada yelləyərək “yox” deyirdi. Köhnə sakinlər: “o dəqiqə görünür ki, şəkildəki gənc yaxşı, mehriban, mərd oğlandır, ancaq bizim kənddə nə onu, nə də anasını tanıyan var” deyirdi.
Və birdən 1962-ci ildə uğur onun üzünə güldü. Tkuarçale kəndinə gedən vaxt yerli sakinlə söhbətləşdi və şəkli ona göstərdi. Qoca əminliklə, bu Aleksey Arşbadır – dedi və Korotkovu qəhrəmanın anası və bacısının yaşadığı təpədəki evə apardı.
Beləliklə, iyirmi ildən sonra ana və oğul görüşdü. Bu görüş göz yaşlarınadək qeyri-adi, təsirli idi. Qarı, 20 il görmədiyi oğlunun şəklinə baxırdı.
[center]

Bu şəkil barədə Georgi Qulia görün necə yazmışdı:
ʺO, heç bir sözlə ifadə edilə bilməyən bir şeyi bacardı. Bir əsgər anasının kədəri deyil, daha çox: bütün bəşər anasının kədəridir. Mən bunu fotoşəkil sənətinin görkəmli əsəri adlandırardım: «İnsanlığın dərd çəkən anası»...ʺ.
Bu şəkil 1964-cü ildə Berlində keçirilən beynəlxalq sərgidə simpatiya mükafatı qazandı. 1965-ci ilin mayında fotoşəkil «Комсомольская правда» qəzetində dərc edildi və oxucuların çılğın məktublarına səbəb oldu. 1966-cı ildə Moskva Ümumdünya şəkil sərgisində bu iş ilk mükafatını aldı.
Korotkov 1968-ci ildə alman jurnalistlə birlikdə təpədəki həmin evə bir daha qalxdı və alman qadın abxaz qadınının ayaqlarına yıxıldı və həmvətənlərinin Böyük Vətən müharibəsi illərində törətdiyi hər şeyə görə bağışlanmasını istədi.[/center]