Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə - Aforizmlər

Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə - Aforizmlər


Aforizmlər

(Kiçik İsgəndər)
- Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi!

(Benito Mussolini)
- Aslan kimi bir gün yaşamaq, yüz il qoyun olaraq yaşamaqdan daha yaxşıdır.

(Corc Sevil Qalifaks)
- Ağıl çatışmayan yerdə heç nə çatışmır.

(Mirzə Fətəli Axundov)
- Ağıl ata kürkü deyil ki, irslə övladına yetişə.

(Anatol Frans)
- Arzular həyata məna verir.

(Ştraus)
- Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər.

(Esxil)
- Ağrının mükafatı təcrübədir.

(Baltazar Qrasian)
- Ağıllı olub tək qalmaqdansa, hamı ilə birlikdə dəli olmaq yaxşıdır.

(Migel de Servantes)
- Alçaq insanlara yaxşılıq etmək, dənizə su daşımağa bənzər.

(Şarl Lui Monteskyö)
- Ayrı-ayrı bir əxlaqsız varlıq olan insanlar, toplu olduqları zaman namuslu kəslər olarlar.



(Pittak)
- Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir.

(Emil Zolya)
- Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər.

(Özdəmir Asaf)
- Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək?

(Murathan Mungan)
- Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam.

(Sokrat)
- Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır.

(Malkolm X)
- Azadlığa inanan bir dinə inanıram. Xalqım üçün mübarizə etməyi məhrum edən bir dini qəbul edəcək olsaydım, o dinin canı cəhənnəmə deyərdim.

(Malkolm X)
- Azadlığı müdafiə edənlərin müqavimət göstərmə gücü, zülm edənlərin gücündən daha çoxdur.

(Rabiə Abdul əl-Rəhman)
- ALİMLƏR`in qayğısı altında olan camaat, atasının qucağındakı uşaq kimidir.

(Aristotel)
- Ağıllı insan düşündüyü hər şeyi söyləməz, lakin söylədiyi hər şeyi düşünər.

(Turqut Uyar)
- Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
951 830 837 824 880 818

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.