n2006

n2006 Maskalar 25-11-2022, 15:45

Üzü 10 yaş gəncləşdirən MASKA

Üzü 10 yaş gəncləşdirən MASKA
Düyü lineolik turşu və skualen baxımından olduqca zəngin bir qaynaqdır. Lineolik turşu dərinizi qoruyan turşudur və azaldığında dəridə quruma, qızartı, qırışlar peyda olur.
Skualen isə dərini dərindən nəmləndirən, qidalandıran bir maddədir və dərini günəşin əks təsirlərindən qoruyur. Bundan başqa düyü dəridə kollagen prosesini sürətləndirən təsirə də malikdir.
Yapon qadınlarının həmişə faydalandığı, Avropa qadınlarının isə yeni kəşf etdiyi düyü maskaları dərinizin qısa zamanda yenilənməsi və gəncləşməsini təmin edir. Biz də buna görə bu düyü maskaları sırasında ən effektlisini sizinlə paylaşmaq istədik. Bu maska dərinizdəki qırışları yumşaldacaq və dərinizi parıldadacaq.
Tərkib:
- 3 çay qaşığı düyü
- 1 yemək qaşığı süd
- 1 yemək qaşığı bal
Düyünü qaynatdıqdan sonra suyunu süzün və düyüləri ayırdıqdan sonra suyunu bir kənarda saxlayın. Südü azca isidərək düyüyə əlavə edin. Qarışımı yaxşıca qarışdırdıqdan sonra balı da əlavə edin. Quru və təmiz dərinizə bu maskanı sürtün.
10-15 dəqiqə sonra maskanı kənarda saxladığınız düyünün suyu ilə yuyun. Həftədə bir dəfə tətbiq edin. 2 ay içində dərinizin 10 yaş gəncləşdiyini hiss edəcəksiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 577 467 548 472 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.