Bu qidalar sizi həm cavanlaşdıracaq, həm də gözəlləşdirəcək

Bu qidalar sizi həm cavanlaşdıracaq, həm də gözəlləşdirəcək
Bu qidalar sizi həm cavanlaşdıracaq, həm də gözəlləşdirəcək





Amerikanın "Women's Health" jurnalı Sandra Ballak, Rihanna və Lindsay Lohan kimi məşhurların dərilərini gözəlləşdirmək üçün bol-bol istehlak etdiyi qidaları araşdırıb.
Axsam.az xəbər verir ki, siyahıda 6 qida yer alıb.
Beləliklə, dərinizi cavanlaşdırıb, gözəlləşdirəcək qidalar bunlardır:
1. Somon balığı - bu balıq malik olduğu Omeqa-3 yağ turşuları ilə dərini quru görünüşdən xilas edir və günəş şüalarının zərərləri təsirindən qoruyur.
2. Kök - yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin turşuluq miqdarını nizamlayır və bakteriyalardan qoruyur.
3. Avokado - zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.
4. Paxla - antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.
5. Üzüm - üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.
6. Su - dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.

Saglamolun.Az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
523 472 497 439 415 414

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.