İnanc nədir?

İnanc nədir?


İnanc nədir?

Bir insan nə qədər intellektual, nə qədər mədəni, mənəviyyatı nə qədər zəngin isə, anlama bacarığı bir o qədər az olar. Barbarlar saysız-hesabsız batil inanca sahibdirlər, müasir dünyada da belədir. Daha düşüncəli, daha ayıq, daha diqqətcil olanlar əslində bəlkə də daha az inanan insanlardır. Bunun səbəbi inancın insanı bağlaması, onu təcrid etməsidir; bunun belə olduğunu dünyanın hər yerində görürük, həm iqtisadi, həm siyasət aləmində, həm də mənəviyyat deyilən aləmdə. Siz Tanrının var olduğuna, mən isə var olmadığına inanıram; ya da siz dövlətin hər şeyi və bütün fərdləri tamamilə idarə etməsinin lazım olduğuna inanırsız, mən isə fərdi sahibkarlığa və onun gətirdiyi hər şeyə inanıram; siz sadəcə bir Xilaskarın olduğuna və onun vasitəsilə məqsədinizə çatacağınıza inanırsız, mənsə inanmıram. Beləcə siz öz inancınızla, mən də özümkülərlə-özümüzü göstərmiş oluruq. Amma ikimiz də sevgidən, sülhdən, insanlığın bir olmasından, bir tək həyatdan bəhs edirik, bunların isə bir mənası yoxdur; çünki o inancın özü bir təcridolunma prosesidir. Siz bir Brahmansız, mən isə Brahman deyiləm, siz Xristiansız, mən isə Müsəlmanam və sairə. Siz qardaşlıqdan bəhs edirsiz, mən də həmin qardaşlıqdan, sevgidən və sülhdən bəhs edirəm; amma həqiqətdə isə biz ayrıyıq, özümüzü bir-birimizdən ayırırıq. Sülh istəyən, yeni, xoşbəxt bir dünya yaratmaq istəyən insan hansısa bir inanc vasitəsi ilə özünü təcrid etməz. Bu başa düşülürmü? Sözdə başa düşülə bilər, amma söylədiyimin əhəmiyyətini, tutarlılığını görsəz, o hərəkət etməyə başlayacaq.

Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı

- İnsanlar zənci, ağ, ingilis, milliyyətçi, liberal, müsəlman, xristian deyə ayrılmaz. İnsanlar yalnız ikiyə ayrılar. Yaxşı insan və pis insan. Ya yaxşıdır, ya da pis. Hamısı bu qədər. Yaxşı bir insan olmaq üçün çalış. ("My Name is Khan" filmindən.)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 471 442 444 420 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.