ice berg

ice berg Hekayələr 2-12-2022, 23:32

Lənətli qızcığaz:2ci böLüm

Lənətli qızcığaz:2ci böLüm

"Nəyə baxırsan?" dedim

"Üzünü belə kimin güldürdüyünü bilmək istəyirəm" dedi

Pərvizin deyişi ilə üzümün gülümsəyərək qaldığının fərqinə vardım. Əlimi üzümə yerləşdirib, gülüşümü anidən üzümdən sildim. Rus söhbətinə görə gülürdüm... Bunu Pərvizə hec demək istəmirdim

"Hec Pərviz bir qız var onla yazışırdım. Ona görə gülürdüm"

"Bu hansı qızdı?"

"Tanımarsan barda tanış olmuşduq"

"Həə o keçən səfərki qız olmasında, kim olur olsun. O qız demiş. Qırıb atdın onu?"

"Həə, az qalıb hec mesajlarına cavab vermirəm çox"

"Yaxşı edirsən. Elə qızdan sənə xeir gəlməz onsuz"

əlindən gələn hər seyi edirsən
Ruslan: Əsəbisən əsəbini məndən çıxmağa çalışırsan
Nuray: Yox Ruslan
Nuray: Mən düzdü qorxağam, ancaq bir ağılsız deyiləm
Ruslan: Deyəssən sənə nə olduğunu?!
Nuray: Yox
Nuray: Saat 4 dən yazmışam sənə... Kicik bir mesajı çox gördün... İşim vardı deyib, keçişdirirsən məni. Oysa mən sənə ilk başdan dedimki, yazışmaq üçün səni məcbur etmirəm. Yazışmayada bilərsən
Ruslan: Yazışmasaydım özünü pis hiss etməyəcəkdin?
Nuray: Hiss edəcəkdim... Amma bu qədərdə çox yox... İndi daha pis hiss edirəm
Ruslan: Mən belə hiss etməyini inan istəmədim
Ruslan: İndi desəmki, mesajını görməmişəm yalan demiş olaram... Yalan demək istəmirəm... Yazışmaq istəmirdim... Ancaq sənlə yazışmayanda da olmur
Nuray: Mən Gəncədə yaşayıram, sən isə Bakıda. Nə sən Gəncəyə gələcəkdin, nə də mən durub burdan arxanca Bakıya gələsi deyildim... Mən 3 ildi Gəncədən kənara çıxmamışam... Sən nə düşündün?
Nuray: Elə bildin yazışsaqbunlar baş verəcək?
Nuray: Baş verməyəcək!
Nuray: Nifrət edirəm məcburiyyət hissinə... Sənidə bir seyə məcbur etdiyimə görə özümə nifrət edirəm indi!
Ruslan: Dayan!
Ruslan: Bilirəm çox səhv etdim... Səhivimdə boynuma alıram. Amma mən hec nəyə məcbur edilmədim. Bunu bil
Nuray: Bildim... Bilməyim nəyisə dəyişdirdi?
Ruslan: Bu mesajları hec yazmamış kimi düşünək? Əvvələ qayıdaq... Xahis edirəm səndən
Nuray: Olmaz... Mən hec nə istəmirəm daha
Ruslan: Yaxşı
Ruslan: Hec olmaya bu gün sənə nə olduğunu de
Nuray: Boş bir sey idi... Arxamca bir oğlan gəlirdi. O öz yolun gedirdi... Amma mənim yenə içimdə olan qorxu hissi baş qalırdı. Məndə addımlarımı sürətləndirdim. Elə gedərkəndə, ayağımın altına baxmadım. Bu gündə Gəncəyə yağış yağmışdı. Yolların bəzisi palçıq idi. Mənimdə ayağım paçlıqda sürüşdü. Eləcə dəydim yerə... Yerədə dəyərkən başım daş kənarına dəyib əzildi. Yəni belə
Ruslan: İndi yaxşısan?
Nuray: Həə... Bir az baş ağrım qalıb o qədər
Ruslan: Həkimə gedib elədin?
Nuray: Yox... Mən normal adam olmadığımdan belə bir hal baş verdiyində, ilk həkimə deyil psixoloq yanına qaçıram
Ruslan: Başın zədə ala bilər
Nuray: Alsın... Vecimə deyil
Ruslan: Özün özünə edirsən! Bunun fərqindəsən?!
Nuray: Ruslan, bu boş yazışmaları kəsməyin vaxtıdı
Nuray: Saatlardı mesajıma cavab verməyən insan, sonradan gəlib mənimlə belə danışa bilməz
Nuray: Çox bəlli edirsən... Yalandan danışmağını
Nuray: Bəlli etməyəndəndə keçib, üzümə vurursan
Nuray: Etmə... Lazım deyil... Yazığın gəlməsin mənə
Ruslan: Bunlar nə deməkdi?
Nuray: Bu gün burda, bu saatda olan yazışmamız bitir deməkdi
Nuray: Hər kəs öz qaldığı yerdən həyatına davam etsin
Nuray: Mən səni bu gecə yatanda yadımdan çıxardacam
Ruslan: Mənə əziyyət vermədən, özün yazışmalarımızı kəsirsən?
Nuray: Düz bilmisən
Nuray: Sağ ol Ruslan

Nurayın son yazdığı mesaja bir cavab vermədən, yazışmadan çıxdım. Ağıllı qız, hər seyi özü başa düşmüşdü. Daha onunla yazışmaq məcburiyyətində olmayacaqdım. Bir yanım buna sevinirdi... Digər yanım isə daha ağır basırdı... 'Nəyə sevinirsən?' deyərmişcəsinə...

Bölüm sonu

Müəllif:Goncha

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
985 968 809 883 881 877

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.