100 nasisti bir zərbə ilə məhv edən məktəbli qızın ölməz şücaəti. O bunu necə etdi?
Balerina şöhrəti arzusunda olan bu qız, müharibənin başa çatmasından cəmi on il sonra Sovet İttifaqı qəhrəmanı kimi məşhurlaşdı. Bu günkü məqalə heç bir oxucunu laqeyd qoymayacaq. Qızın adı Zinaida Portnova idi və o, ölümündən sonra SSRİ Qəhrəmanı medalını almışdır.

Qız, məktəb vaxtından rəqslə məşğul olmağı sevirdi və səhnədə çıxış etməyi arzu edirdi. Müharibə başlayanda gənc Zina bacısı ilə Belarusiyada idi, xəyal və ümidlər barədə həmişəlik unudaraq elə burada qalmalı oldular. Sağ qalmalı idilər. Onlar almanların işğal etdiyi sadə bir qəsəbədə yaşadılar.
Qız ümidini kəsmədi. Bütün günü dəhşətli hadisələrə baxaraq hər gün öz xarakterini möhkəmlədirdi, gecələr isə bunların təsirindən ağlayırdı... Ta ki, özünə yer tapdığı gizli hərəkatdan xəbər tutana qədər. Zina “Gizli qisasçılar” adlanan qrupa qoşuldu.
Portnova çətinliklərdən qorxmurdu və tez öyrənirdi. Qırmızı Orduya dəstək vərəqələrini yapışdırır, partizan dəstəsinə ötürülən almanlar haqqında məlumat axtarırdı. Bu “qisasçılar” da sadəcə oğlanlar deyildi, onlar təxribat törətməyə qadir idilər. Həmçinin, elektrik stansiyalarını və zavodları sıradan çıxarmaqla məşğul idilər. Almanlar bundan çox qəzəblənirdi və böyük səylə günahkarları axtarırdılar.
Tapşırıq ardınca tapşırıq, Zina isə həmin vaxt işğalçıların yemək yediyi yeməkxanada yerləşir. Beləliklə, o, sərt addım atmağa qərar verir: yeməyi zəhərləmək. O, bunu etməklə, yüzdən çox alman əsgərini məhv etdi.
Şübhəsiz, ondan dərhal şübhələnməyə başladılar və həmin qabdakı şorbanı yeməyə məcbur edildi. Nə etməli – qabdan bütün şorbanı yedi. Zəhərlənmiş şorbanın bu qədər qəbulundan sonra qız tibb məntəqəsinə gedib çata bildi, orada onun mədəsini yudular. Bundan sonra onu kəşfiyyatçı etdilər.
“Bizdə hər şey yaxşıdır, burada məskunlaşdıq. İşim yalnız bacıma dayəlik etmək və faşistlərə qarşı döyüşməkdir. Əgər sizdə hər şey yaxşıdırsa, cavab yazın” – Zina öz valideynlərinə belə bir məktub yazmışdı, ancaq cavab ala bilmədi, çünki artıq özünün böyük şücaətini göstərərək vəfat etmişdi.
Qız kəşfiyyatda idi və əsir düşdü. Almanlar onu az qiymətləndirdi, o isə bu vaxt sorğu-sual zamanı stolun üstündəki silahı götürüb üçü zabit olan altı işğalçını soyuqanlılıqla güllələdi. Bundan sonra o, qaçdı və çayı keçmək istədi, lakin özünü çayın o tayına çatdıra bilmədi. Artıq qəddar keçən növbəti dindirmədə qız bir söz çıxarmadı.

Nasistlər qıza, ağır xəsarətlərdən ölənə qədər hər gün işgəncə verirdilər. Özünkülərini satmadı. O, əsl əsgər kimi sona qədər dayandı...
Kiçik bacısı Qalina yaşadı və 2015-ci ildə şəxsi əşyalarını muzeyə bağışlayaraq Zinaidanın xatirəsini əbədiləşdirdi.