n2006

n2006 Mətbəx 13-12-2022, 14:46

Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorba

Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorba
Köklü tərəvəzlər, adından da göründüyü kimi, torpağın altında bitən və böyüyərkən torpaqdan bol miqdarda vitamin və mineral, günəşdən gələn qidaları isə yarpaqları vasitəsilə saxlayan tərəvəzlərdir. Kartof, yerkökü, kərəviz, turp, çuğundur, sarımsaq və soğan köklü tərəvəzlər dedikdə ağıla ilk gələnlərdir. LoaDinG.Az bu faydalı tərəvəzlərdən hazırlanan şorbanın reseptini təqdim edir

Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorbanın tərkibi:
1 kasa doğranmış kartof
1 kasa doğranmış kərəviz
2 xörək qaşığı kərə yağı
2 diş doğranmış sarımsaq
1 ovuc doğranmış kərəviz yarpağı
1/4 stəkan qaymaq
duz
Köklü Tərəvəzlərdən Bol Vitaminli Şorbanın hazırlanma qaydası:
Qazanda kərə yağını əridin. Üzərinə doğranmış kartof, kərəviz və sarımsağı əlavə edib 2 dəqiqə qovurun. Qovrulan tərəvəzlərin üzərinə üzərini keçəcək qədər isti əlavə edin və yumşalana qədər bişirin. Doğranmış kərəviz yarpaqları, duz və qaymağı da şorbaya əlavə edib 5 dəqiqə daha bişirin. Daha sonra şorbanı blenderlə yaxşıca əzib isti halda kasalara bölüşdürün. Şorbanın üzərinə zövqə görə zərdəçal və zəncəfil tozu səpə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
348 416 396 376 391 397

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.