ice berg

ice berg İdman 13-12-2022, 15:55

Ronaldo DÇ-2022-dəki favoritini açıqladı

Ronaldo DÇ-2022-dəki favoritini açıqladı
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatındakı favoritini açıqlayıb.

37 yaşlı hücumçu "Mirror" nəşrinə müsahibəsində Fransa millisinin titulu qazanmağa daha iddialı olduğunu bildirib.

Təcrübəli forvard hesab edir ki, "xoruzlar" mundialın qalibi, Kilian Mbappe isə ən yaxşı oyunçusu olacaq.

O, İngiltərə millisinin DÇ-2022 ilə vidalaşmasına da toxunub: "İngilislər Fransaya qarşı 1/4 final matçında çox yaxşı oynadılar. Düşünürəm ki, onlar da Braziliya ilə eyni aqibəti yaşadılar. Kiçik detallar sonda görüşün gedişinə təsir etdi. Amma İngiltərə yığması sərgilədiyi oyunla fəxr etməlidir".

Qeyd edək ki, Portuqaliya yığması 1/4 finalda Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Mundiala dekabrın 18-də yekun vurulacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
396 386 328 445 384 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.