Azer2

Azer2 İdman 16-12-2022, 16:00

Qrizmann: "Bizə güvənə bilərsiniz"

Qrizmann: "Bizə güvənə bilərsiniz"
“Siz özünüz də bilirsiniz ki, çətin final olacaq: Messi, argentinalılarla dolu bir stadion. Amma bizim də belə oyunlar üçün komandamız və məşqçimiz var. Bizə güvənə bilərsiniz, hazır olacağıq və oyuna yaxşı formada çıxacağıq".
Bu sözləri Fransa millisinin hücumçusu Antuan Qrizmann "Foot Mercato"ya açıqlamasında deyib."Atletiko"nun futbolçusu DÇ-20202-nin finalında Argentina ilə keçiriləcək oyundan danışarkən rəqibin kapitanl Lionel Messinin yaxşı formada olduğunu və bunun onlara çətinlik yaradacağını bildirib:

"Bizi çox gözəl matç gözləyir. Argentina çətin rəqibdir, bura qədər əla çıxış ediblər. Leo yarımfinalda çox yaxşı oynadı Görürük ki, yaxşı formadadır. Hər şey matça nə qədər yaxşı hazırlaşmağımızdan asılıdır. Bu gün və sabah yenidən məşqə çıxacağıq və bazar günü 100 faiz hazır olmaq üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək Argentina - Fransa matçı saat 19:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
305 400 329 353 350 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.