Eybi yox...
Eybi yox, yuxuma haram qataram,
Sataram bu ömrü dəyər-dəyməzə.
Söküb ürəyimi çölə ataram,
Vermərəm sən kimi qədir bilməzə!
Bir halda varlığım sənə qəm olub,
Kimə istəyirsən həyat ol indi.
Gedirəm ömründən cəhənnəm olub,
Dərindən nəfəs al, rahat ol indi!
Əsir ayağımdan, əlimə qədər.
Sən məni günbə-gün əsəb edirsən.
Quruyub ağzımda dilimə qədər,
Sən mənə nə etsən əcəb edirsən!
Bu sənə sonuncu alqışımdı bil,
Gəmin limanlardan daim yan olsun.
Bu şeir xoş getdin, hələlik deyil..
Oxu bu şeiri də əlvidan olsun!
Sataram bu ömrü dəyər-dəyməzə.
Söküb ürəyimi çölə ataram,
Vermərəm sən kimi qədir bilməzə!
Bir halda varlığım sənə qəm olub,
Kimə istəyirsən həyat ol indi.
Gedirəm ömründən cəhənnəm olub,
Dərindən nəfəs al, rahat ol indi!
Əsir ayağımdan, əlimə qədər.
Sən məni günbə-gün əsəb edirsən.
Quruyub ağzımda dilimə qədər,
Sən mənə nə etsən əcəb edirsən!
Bu sənə sonuncu alqışımdı bil,
Gəmin limanlardan daim yan olsun.
Bu şeir xoş getdin, hələlik deyil..
Oxu bu şeiri də əlvidan olsun!






