Azer2

Azer2 İdman 18-12-2022, 11:00

Benzema Makronun dəvətini qəbul etmədi

Benzema Makronun dəvətini qəbul etmədi
Fransa millisinin hücumçusu Kərim Benzema ölkə Prezidenti Emmanuel Makronun dünya çempionatının finalını birlikdə izləmək təklifini rədd edib.

Bu barədə ESPN məlumat yayıbMakron zədə səbəbindən turniri buraxan hücumçuya prezident təyyarəsi ilə Qətərə getməyi və onunla birlikdə oyunu izlməyi təklif etsə də, Benzema bu dəvəti qəbul etməyib.

Xatırladaq ki, "Real"ın forvardı DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyəcəyi açıqlanıb. Baş məşqçi Didye Deşam milliyə onu ​​əvəzləyəcək futbolçu çağırmayıb. Buna görə də hücumçunun adı Fransa millisinin heyətindən çıxarılmayıb. Onun zədəsini sağaltdığı və Argentina ilə bu gün keçiriləcək final matçında oynamaq ehtimalının olduğu haqda xəbərlər yayılıb.

.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 415 397 383 349 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.