ice berg

ice berg İdman 19-12-2022, 12:31

Argentinaya dünya çempionluğu üçün veriləcək mükafat bəlli oldu

Argentinaya dünya çempionluğu üçün veriləcək mükafat bəlli oldu
Dünya çempionatının qalibi olan komanda - Argentina 42 milyon dollar pul mükafatı qazanacaq.

Bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub.

İkinci yeri tutan komandaya - Fransaya isə 30 milyon dollar veriləcək.

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 429 391 341 332 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.