ice berg

ice berg İdman 19-12-2022, 12:34

Ronaldu "Real Madrid"ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

Ronaldu "Real Madrid"ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Real Madrid"ə qayıtmaq istəyir.

Bu barədə jurnalist Tomas Qonzales məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubuna qayıtmaq üçün 37 yaşlı hücumçu minimum əməkhaqqına belə razıdır.

Xatırladaq ki, daha öncə forvardın "Real Madrid"in bazasında məşq etdiyi bildirilmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009 - 2018-ci illərdə "Real Madrid"inin şərəfini qoruyub. Təcrübəli futbolçunun son klubu isə İngiltərə "Mançester Yunayted"i olub. O, Qətərdə keçirilən dünya çempionatının startından öncə "qırmızı şeytanlar"la yollarını ayırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 416 358 423 341 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.