Ays

Ays Mətbəx 19-12-2022, 13:25

Görünüşü Möhtəşəm : Bayram Süfrənizi Bəzəyəcək Gül Buketi Salat Resepti

Görünüşü Möhtəşəm : Bayram Süfrənizi Bəzəyəcək Gül Buketi Salat Resepti
Tərkibi:
1 ədəd siyənək balığı filesi
3 ədəd çuğundur
1 ədəd yerkökü
2-3 ədəd kartof
1 ədəd soğan
2 diş sarımsaq
2 ədəd yumurta
Yarım dəstə cəfəri
mayonez

Blinçik üçün:
2 ədəd yumurta
0,5 stəkan süd
0,5 stəkan kefir
1 çay qaşığı soda
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
3 xörək qaşığı bitki yağı


Hazırlanma qaydası:
Salat üçün yerkökü, kartof və çuğunduru suda bişirin. Bişən tərəvəzləri sürtgəcdən keçirin.
Çuğundura mayonez və əzilmiş sarımsaq əlavə edib qarışdırın və kənara qoyun.
Az duzlu siyənək balığı filesinin dərisini soyub,sümüklərini çıxarıb kub şəklində doğrayın. Soğanı da xırda kub şəklində doğrayın.
Salatı hazırlayacağınız qaba ilk öncə doğranmış balığı ardı ilə soğanı düzüb mayonezləyin.Növbəti qata kartof düzüb mayonezləyin. Daha sonra yerkökü və bişib sürtgəcdən keçilmiş yumurta qatını da düzüb mayonezləyin. Salatın qatlarını tökdükcə ” dağ ” şəkli verib mayonezi salatın hər tərəfinə yaxın.
Blinçiki hazırlamaq üçün 2 ədəd yumurta, süd və kefiri qarışdırıb üzərinə soda ,un , bitki yağı və şəkər tozu töküb yaxşıca qarışdırın və xəmiri 15 dəqiqə kənarda saxlayın.
Daha sonra blinçik xəmirindən 2-3 mm qalınlığında blinçiklər bişirin. Bişib soyumuş blinçikin üzərinə kənara ayırdığınız sarımsaqlı-çuğundurlu qarışıqdan yaxın və rulet şəklində büküb 1,5-2 sm qalınlığında kəsin və salatın üzərinə yerləşdirin.
Rulonların aralarınada qalan boşluqları cəfəri yarpaqlarıyla doldurun. Salat hazır olduqda süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 391 364 371 381 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.