Azer2

Azer2 İdman 20-12-2022, 18:00

Ronaldodan Messi ilə bağlı paylaşım

Ronaldodan Messi ilə bağlı paylaşım
Braziliya millisinin sabiq üzvü Ronaldo Argentina millisinin DÇ-2022-nin qalibi olması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, Argentina yığmasının hücumçusu Lionel Messini ən yaxşı kapitan adlandırıb:
“Heyrətamiz final matçına dünyanın müxtəlif yerlərindən, eyni zamanda, Braziliyadan Messiyə dəstək olmaq üçün gedən insanları gördüm. O, təkcə dünya çempionatının yox, həm də bütöv bir dövrün ən yaxşı kapitanıdır. Dahiyə layiq vida idi. Dieqo Maradonanın da iştirak etdiyi bir ziyafət xəyal edirəm. Braziliyada sizi ürəkdən alqışlayacaq minlərlə insan var”.

Qeyd edək ki, Messi DÇ-2022-də 7 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı oyunçusu adını qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 340 317 372 365 299

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.