Mənim dünyam

Mənim dünyam özünü 😐 narahat hiss edir Sağlamlıq 21-12-2022, 11:00

Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi
Qalxanabənzər vəzi - yaşlılarda daxili sekresiya orqanlarından ən böyüyüdür, təkdir, boynun önündə, qırtlaq səviyyəsində yerləşir. Sağ və sol paylardan, bunların arasında yerləşən boğazdan ibarətdir. Kişilərdə qalxanabənzər vəzi qadınlara nisbətən böyük olur.
Qalxanabənzər vəzi tərkibində yod olan hormonlar - tiroksin, triyodtironin və s. hromonları hazırlayır. Bundan əlavə, qalxanabənzər vəzi yodla əlaqədar olmayan hormon da hazırlayır. Follikul ətrafı hüceyrələr – kalsitoninsitlər kalsitonin hormonu hazırlayır, osteoblastların funksiyasını stimulə edir, osteoklastlarin isə əksinə, zəiflədir, qanda kalsiumu azaldır, orqanizmdə Ca və F mübadiləsində iştirak edir.
Qalxanabənzər vəzin yodlu hormonları maddələr mübadiləsini tənzim edir, oksidləşmə prosesini gücləndirir, istiliyin əmələ gəlməsini, zülalların, yağların və karbohidratların sərf olunmasını artırır, sümükləri uzununa böyüdür. Bunlardan əlavə, habelə böyrəküstü, cinsiyyət və süd vəzilərinin funksiyasına stimuləedici təsir göstərir. Qalxanabənzər vəzin hormonları mərkəzi sinir sisteminin fəaliyyətinə də oyandırıcı təsir göstərir.
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xüsusilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların kifayət qədərini anadan alır.
Qanda tireoidli hormonların miqdarının azalması zamanı orqanizmin şəkərə olan tələbatı aşağı enir: şəkərin çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır. Tireoidli hormonlar yağ mübadiləsinə əhəmiyyətli təsir göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması adətən metabolizmin səviyyəsinin kəskin şəkildə azalması ilə müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir. Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı uşaqların əqli inkişafının geridə qalması ilə nəticələnir.
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı orqanizmdə baş verən funksional pozğunluqlar. Qalxanabənzər vəzi hormonunun molekulunda yodun varlığı vəzinin funksional fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir. Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada və suda yodun çatışmaması zamanı zob kimi məlum olan endemik ur və ya zob xəstəliyi meydana çıxır. Bu xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda bu coğrafi sahələrin əhalisində zob və ya ur xəstəliyi inkişafı yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş bu cür vəzi normal miqdarda hormon ifraz edir.
Qalxanabənzər vəzinin hipofunksiyası zamanı orqanizmdə tiroksin çatışmamazlığı nəticəsində normal maddələr mübadiləsinin pozulması ilə əlaqədar miksodema xəstəliyi inkişaf edir. Miksodema xəstəliyi zamanı dil böyüyür, dərialtına seliyəoxşar maye toplanır və ödemləşir, göz yarığı daralır, səs kobud və boğuq olur, maddələr mübadiləsi, ürək döyünməsi və zehni bacarıq zəifləyir. Cinsi fəaliyyət pozulur (qadınlarda aybaşı kəsilir). Müalicə tiroksin hormonunu qəbul etməkdən ibarətdir.
Uşaq yaşlarında qalxanabənzər vəzinin hipofunksiyası boyun, fiziki inkişafının geriyə qalması və əqli çatışmamazlıq ilə nəticələnir.
Qalxanabənzər vəzinin hormonunun çatışmazlığı (hipofunksiyası) nəticəsində əmələ gələn Kretinizmi xəstəliyi zamanı uşaqlarda ətraflar qısa, baş böyük, ağıldankəm (idotizm), ikinci cinsi əlamətlər inkişaf etmir, boy kiçik olur.
Kretinizmin əsas əlamətləri – cırtdanboy və beynin ali funksiyalarının dərin pozğunluqlarıdır. Yaşlı insanda qalxanabənzər vəzinin hipofunksiyası apatiya, ümumi zəiflik, yaddaşın zəifləməsi, tüklərin tökülməsi, üzün və göz qapaqlarının şişməsində təzahür edir.
Qalxanabənzər vəzinin hiperfunksiyası (hipertireoz) zamanı Bezedov xəstəliyi baş verir. Bu xəstəlik üçün əsas 3 əlamət – vəzin böyüməsi, ürək döyünmələrinin artması (taxikardiya) və göz almalarının önə çıxması (ekzoftalm) xarakterdir. Belə xəstələr tez yorulur, çox əsəbi olurlar, arıqlayırlar, tər ifrazı artır. Müalicə etmək üçün dərmanlardan və ağırlaşma zamanı vəzin bir hissəsini çıxardırlar ki, vəzin normal hormon ifrazı bərpa olunsun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
688 769 630 739 667 670

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.