Blatter və Platini futbolla ömürlük vidalaşa bilər

Blatter və Platini futbolla ömürlük vidalaşa bilər


FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini ömürlük futbol fəaliyyətindən kənarlaşdırıla bilər
“Sky Sports” saytına istinadla xəbər verir ki, ali futbol qurumunun Etika Komitəsinin istintaq palatası hər iki məmurun futboldan uzaqlaşdırılması üçün hərəkətə keçib. Məsələyə dair münasibət bildirən komitənin mətbuat katibi Andreas Bantelın qeyd edib ki, onlara qarşı sözügedən qərarın çıxarılmasına nail olmaq üçün apelyasiya şikayəti veriləcək.

Bildirib ki, FİFA-nın apelyasiya komitəsinə şikayəti təqdim etmək üçün bizim hələ yeddi günümüz var. Biz bu qərarın qəbul edilməsi üçün fikrimizdə qətiyik.

Xatırladaq ki, bir neçə gün əvvəl beynəlxalq futbol qurumunun Etika Komitəsinin arbitraj palatası tərəfindən Blatterlə Platininin səkkiz il futbol fəaliyyətindən məhrum edilməsi haqda qərar qəbul edilərək qüvvəyə minmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
724 764 655 624 684 626

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.