n2006

n2006 Xəbərlər 23-12-2022, 10:43

İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub

İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub
Bu ilin 11 ayında Rusiyada cinayətlər nəticəsində 20 minə yaxın insan ölüb.

LoaDinG.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 2022-ci ilin yanvar-noyabr ayları üçün cinayətkarlığın vəziyyəti ilə bağlı materiallarında qeyd olunub.

“Kriminal hücumlar nəticəsində 19,6 min nəfər həlak olub ki, bu da 2021-ci illə müqayisədə 9,6 % azdır, 29,8 min nəfərin sağlamlığına ciddi ziyan dəyib (keçən illə müqayisədə 1,2 % az)”, - materialda deyilib.

Statistik bilgilərə əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında cinayətlər sonucunda 21,6 min nəfər ölüb, 30,1 min nəfərin sağlamlığına ağır zərər dəyib, 2020-ci ilin 11 ayı ərzində 20,9 min nəfər həlak olub, 32,7 min nəfərin sağlamlığına ciddi ziyan dəyib.

Ümumilikdə bu il Rusiyada 1 823 min cinayət qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % azdır. Qeydə alınan cinayətlərin sayında artım Rusiyanın 29 regionunda, azalma isə 56-da olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
234 312 250 317 284 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.