n2006

n2006 İdman 23-12-2022, 11:02

Messi PSJ-də daha bir mövsüm keçirəcək

Messi PSJ-də daha bir mövsüm keçirəcək
Argentina millisinin ulduz futbolçusu Lionel Messi yayda Fransanın PSJ klubunu tərk etməyəcək.

LoaDinG.Az xəbər verir ki, Paris təmsilçisinin prezidenti Nasser el-Xelaifi 35 yaşlı hücumçunun atası ilə görüşüb.

Toplantıda təcrübəli oyunçunun klubda daha bir mövsüm keçirməsi ilə bağlı şifahi razılıq əldə olunub.

Bundan əlavə, Messiyə sabiq klubu İspaniya "Barselona"sından rəsmi təklif gəlmədiyi də bildirilib.

Messi Qətərdəki dünya çempionatının qalibi olduqdan sonra daha bir dəfə UEFA Çempionlar Liqasını qazanmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
467 471 407 376 460 422

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.