n2006

n2006 Xəbərlər 23-12-2022, 11:18

Biləsuvar və Cəlilabadda balıq bahalaşıb

Biləsuvar və Cəlilabadda balıq bahalaşıb
Biləsuvar və Cəlilabad rayonlarında balıq bahalaşıb.

Müşahidələr zamanı məlum olub ki, balığın qiymətində 20-30 faizə yaxın bahalaşma var. Alıcılar da qiymətlərin baha olmasından şikayətləniblər.

Onların sözlərinə görə, əvvəllər çay balığının kiloqramı 8-10 manata satılırdı. Amma indi bu, alıcılara 11-12 manata təklif olunur. Sakinlər deyir ki, həmişə bayram xörəkləri arasında çəki balığına da üstünlük verilib, amma hazırda bu balıq növünü tapmaq əsl müşkülə çevrilib: "Bu balığa tələbat çox olduğu üçün qiyməti də çox bahadır. Bununla yanaşı, bazarlarda satışa çıxarılan dəniz məhsulları arasında çəki balığına əvvəlki kimi çox rast gəlinmir".

Bundan əlavə, müşahidələr zamanı məlum olub ki, süni göllərdə yetişdirilən balıqların qiyməti də bahalaşıb. Belə ki, bu balıqların satış qiyməti növündən asılı olaraq 6-8 manat arasında dəyişir.

Satıcılar isə söyləyib ki, hazırda bazarda müşahidə olunan qiymət artımı çay balıqlarının tutulmasının çətin olması ilə əlaqədardır. Onlar həmçinin dəniz məhsullarının qiymətindəki artıma qarşıdan gələn Yeni il bayramının da təsir etdiyini bildiriblər.

Satıcılar düşünür, qiymətlər bayramqabağı bir qədər də qalxa bilər: "Balığın sayı az olduğu üçün qiymətlər də təbii olaraq artır. Bununla yanaşı göl balıqlarına verilən yemin də qiyməti bahalaşıb və bu da balıqların qiymətində bahalaşmaya gətirib çıxarıb".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 327 282 281 311 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.