n2006

n2006 Mətbəx 23-12-2022, 16:00

Tort və Pirojnaları Bəzəmək Üçün Qaymaqlı “Şarlott” Kremi

Tort və Pirojnaları Bəzəmək Üçün Qaymaqlı “Şarlott” Kremi

“Şarlott” kremi zərif, parlaq, havalı, dadlı və ətirli bir kremdir. Bu kremi tortları və pirojnaları bəzəmək üçün istifadə edə bilərsiniz. LoaDinG.Az “Şarlott” kreminin reseptini təqdim edir.

Qaymaqlı “Şarlott” Kremin tərkibi:
200 qr kərə yağı
4 xörək qaşığı süd
3 xörək qaşığı şəkər tozu
2 ədəd yumurta
vanil
1 xörək qaşığı konyak və ya tünd süfrə şərabı (çaxırı)
Qaymaqlı “Şarlott” Kremin hazırlanma qaydası:
Bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla çırpın. Üzərinə süd əlavə edib vam odda qaynayana qədər bişirin. Ocaqdan götürüb otaq temperaturunda soyudun. Başqa bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını vanillə birlikdə mikserlə yaxşıca çırpın. Çırpmağı dayandırmadan soyuyan yumurtalı qarışığı da əlavə edin. Kremə konyak və ya süfrə çaxırı əlavə edin. Hazırladığını bu ləziz kremi tortları və pirojnaları bəzəmək üçün istifadə edə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 578 562 598 541 538

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.