Azer2

Azer2 İdman 23-12-2022, 19:30

Azərbaycan Premyer Liqasının İnternetdə yayımı məhdudlaşdırılır

Azərbaycan Premyer Liqasının İnternetdə yayımı məhdudlaşdırılır
Azərbaycan Premyer Liqasının İnternet üzərindən yayımına müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Bu turdan başlayaraq, test məqsədilə Misli Premyer Liqasında XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq. Bu o deməkdir ki, ən azı bu tur Premyer Liqanın görüşlərini daha öncə olduğu kimi Yutub platformasında izləmək mümkün olmayacaq.
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev Qol.az saytına açıqlamasında bildirib ki, “Insports.tv” beynəlxalq şirkətdir və onun tətbiqində matçları izləmək üçün hər hansı ödəniş tələb edilmir: "Yalnız qeydiyyatdan keçməklə matçları rahat izləmək mümkün olacaq".

O qeyd edib ki, hələlik bu addım yalnız sınaq məqsədilə atılıb: "Əgər sınaq uğurlu olarsa, gələcəkdə Premyer Liqa və birinci divizion matçlarının İnternet üzərindən satılması məsələsi gündəmə gələ bilər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 343 392 375 373 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.