n2006

n2006 İdman 27-12-2022, 18:18

Yerdən qaldırma məşqinin 6 üstünlüyü

Yerdən qaldırma məşqinin 6 üstünlüyü
Yerdən qaldırma (становая тяга) məşqi olduqca vacibdir. Onun orqanizmə və bədənə olan xeyiri əvəzsiz olub, ən əsas məşqlərdən biridir. Bugün sizlər ilə bu məşqin üstünlüklərini bölüşəcəyik.

Piy

Piylənmə ilə mübarizədə aerobika yaxşı üsuldur. Lakin güc məşqləri ilə piyləri daha tez əritmək olar. Belə nəinki arıqlayacaqsınız, üstəlik əzələ kütləsi də əldə edəcəksiniz. Yerdən qaldırma – ən uyğun məşqlərdəndir.

Qamət

Yerdən qaldırma qamətin düz olmasına cavabdeh olan əzələlərə işləyir. Bu məşq ilə onurğa sütununuzu tez bir zamanda düzləşdirə bilərsiniz.

Təhlükəsizlik

Yerdən qaldırma – trenajor zalında ən təhlükəsiz məşqdir. Siz ştanqanın altında qalmayacaqsınız, ştanqa əlinizdə arxaya düşməyəcəksiniz. Çox ağır olduğu zaman ştanqanı rahat yerə ata bilərsiniz. Köməkçi belə sizə lazım deyil.

Hormonlar

Bu məşq testosteron hormonlarının ifrazatını stimullaşdırır. Əzələ artımı və sümüklərin bərkiməsi prosesi aktivləşir.

Ucuzdur

Yerdən qaldırma məşqi üçün bahalı qaçış krossovkaları və elit trenajorlar lazım deyil. Bunun üçün sizə ştanqa, çəkilər və xalça yetərlidir.

Zədələr

Yerdən qaldırma məşqi vətər və bağlar ətrafında olan əzələləri möhkəmləndirir. Beləki, əks halda idman zədəsi almaq olduqca asan bir haldır. Xüsusəndə bu dizaltı vətər və belin aşağısına aiddir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 397 378 323 331 401

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.