Kiçik mətbəx sirləri
Kartof püresi hazırlayarkən südünüz yoxdursa, əvəzinə mineral qazlı su əlavə etmək olar, bu zaman püre yüngül olur.
– Mayonezi xamaya 1 ç.q. xardal və yumurta sarısı əlavə etməklə əvəz etmək olar.
– Mayanın əvəzinə 0,5 stəkan pivə və ya mineral su əlavə etmək olar.
– Süd yanmasın deyə, onu qazın üzərinə qoymazdan əvvəl içinə 1 parça qənd atmaq lazımdır. Belə südü uzun müddət saxlamaq mümkündür.
– Limonun suyunun daha çox olması üçün 5 dəq. qaynar suda saxlamaq lazımdır.
– Əti bişirərkən yaxşı bulyon almaq üçün soyuq suya, ətin özünün dadlı olması üçün isti suya salıb qaynatmaq məsləhətdir.
– Ət vam odda bişərsə, bulyonu şəffaf olar.
– Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, çörəyi süddə isladıb, sıxmadan ətə qatmaq lazımdır.
– Kotletin ətinə narın doğranmış göy soğan qatdıqda daha da dadlı olur.
1368851969_picture188895
– Gec bişən toyuğu 20-30 dəq. bişirdikdən sonra 5-6 dəq. soyuq suya salıb, yenidən bişirdikdə tez hazır olur.
– Duxovkada bişirilən əti hərdən soyuq su ilə isladıb, üstünə limon şirəsi çəkdikdə ət daha dadlı olur.
– Yarpaq dolmasının üstünə kəf yığılmasın deyə, onu 5-10 dəq. ocağa susuz qoyur, sonra qaynar suya 1 x.q. yağ qatıb dolmanın üstünə tökürlər.
– Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dişləri qoyduqda qurd əmələ gəlmir.
– Düyü qarnir və ya plov üçün bişirildikdə suyuna bir qədər ayran suyu və ya limon duzu qatılsa, daha yaxşı şişir və qar kimi ağ rəngdə olur.
– Kartofu tez bişirmək istəsəniz, su qaynayarkən bir qaşıq marqarin əlavə edin.
– Təravətini itirmiş göyərtini 2-3 qaşıq sirkə tökülmüş suya qoyduqda yenidən təzələnər.
– Kartofu dilimlədikdən sonra üzərinə azca un səpdikdə, kartof qızardıqda daha xoşagələn qırmızı rəng alar.