sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 28-12-2022, 13:30

Piti resepti

Piti resepti


Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça

Kartof 1 böyük 1 porsiya üçün

Noxud

1 baş soğan

Tomat pastası

Alça

Sarıkök

Duz, istiot

Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf omlaıdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin. Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidortökün. 5-10 dəqiqə bişirin. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 521 487 450 489 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.