ice berg

ice berg Xəbərlər 28-12-2022, 12:49

"Yeni il və Həmrəylik günü ərəfəsində əfv gözlənilmir" - Fazil Mustafa

"Yeni il və Həmrəylik günü ərəfəsində əfv gözlənilmir" - Fazil Mustafa
"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində hər hansı əfv gözlənilmir".
Bu sözləri Milli Məclisin deputatı,Əfv Komissiyasının üzvü Fazil Mustafa Sonxeber.az-a açıqlamasında deyib.
"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı əfv gözlənilmir. Çünki Əfv Komissiyası ən az 1 ay bu məsələ üzərində işləyir, sonra müzakirələr nəticəsində sənədlər cənab Prezidentə təqdim olunur, Prezident buna öz münasibətini bildirir. Proses bu günə kimi olmayıbsa, Həmrəylik gününə hər hansı əfv gözlənilmir" ,- deyə Əfv Komissiyasının üzvü qeyd edib.

Şəbnəm Lətifi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 432 400 387 380 412

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.