n2006

n2006 Xəbərlər 28-12-2022, 23:00

Bu ölkədə sürücüsüz gecə taksisi xidməti işə düşüb

Bu ölkədə sürücüsüz gecə taksisi xidməti işə düşüb
“Baidu” Çində sürücüsüz gecə taksisi xidmətinə başlayıb.

LoaDinG.Az xəbər verir ki, axtarış sistemləri ilə tanınan Çin internet nəhəngi “Baidu” avtonom sürücülükdə də böyük irəliləyişlər əldə edir. Çində ən çox istifadə edilən axtarış sisteminə sahib bu şirkət ilkin mərhələdə Vuhan şəhərində olmaqla səhər saat 7 ilə axşam 11 arası sürücüsüz taksi xidmətinə başlayıb.

Şirkətin həmtəsisçisi və baş direktoru Robin Li bildirib ki, “Baidu”nun robot taksi xidməti olan “Apollo Go”nun 2025-ci ilə qədər 65 şəhərdə, 2030-cu ilə qədər isə 100 şəhərdə xidmət göstərməsini hədəfləyirlər.

Bu həftədən etibarən, artıq Vuhanın əhalisi səhər saat 07:00-dan axşam saat 23:00-a qədər sürücüsüz taksilərdən istifadə edə bilərlər. Qeyd edək ki, əvvəllər sürücüsüz avtomobillər şəhərdə təkcə səhər saat 9-dan axşam 17-dək fəaliyyət göstərirdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 346 364 305 291 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.