Musayev

Musayev İdman 28-12-2022, 20:30

AFFA qalmaqallı oyunla bağlı qərarlarını AÇIQLADI

AFFA qalmaqallı oyunla bağlı qərarlarını AÇIQLADI
AFFA İntizam Komitəsi “Kəpəz”in 3, “Zirə”nin 2 futbolçusunu cəzalandırıb.

Komitənin bu gün keçirilən iclasında Premyer Liqanın XVIII turunda baş tutan “Zirə” – “Kəpəz” matçında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Gəncə klubunun oyunçularından Elçin Əlicanov və Giorgi Kantariya görüş zamanı, Mixeil Erqemlidze isə qarşılaşmadan sonra qırmızı vərəqə aldığı üçün 1 oyunluq diskvalifikasiyaya məruz qalıb.

İntizam Komitəsi, həmçinin, bölgə təmsilçisini 6200 manat məbləğində cərimələyib. Bu cərimənin 4800 manatı bir görüşdə 3 qırmızı vərəqə olduğu üçün kəsilib.

“Zirə”dən isə Coşqun Diniyevlə Nemanya Ancelkoviç qırmızı vərəqə aldıqları üçün 2023-cü ilin ilk oyununu buraxmalı olacaqlar. Ancelkoviçdən fərqli olaraq, Diniyevin cəzası 2 matçı əhatə edəcək. Eyni zamanda, bakılılar 2600 manat məbləğində cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, “Zirə” – “Kəpəz” oyunu 2:2 hesabı ilə başa çatıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
408 416 324 385 401 343

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.