n2006

n2006 Sağlamlıq 29-12-2022, 21:00

Dünyada ən sağlam insanlar harada yaşayır?

Dünyada ən sağlam insanlar harada yaşayır?
[Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında Bloomberg agentliyi tərəfindən aparılmış tədqiqatın nəticəsinə görə, ən sağlam insanlar Sinqapurda yaşayır.

Sağlamlıq göstəriciləri proqnozlaşdırılan ömür müddəti, ölüm səbəbləri, yaş qrupları kimi bir çox amillər əsasında qiymətləndirilib. Risklər isə sağlamlığa mənfi təsir edən əlamətlər nəzərə alınmaqla müəyyən edilib. Belə ki, gənclər arasında siqaret çəkənlərin sayı, yüksək xolesterin və yüksək təzyiq səviyyəsinə malik əhalinin sayı, vaksinləmənin yayılma dərəcəsi, piylənmədən əziyyət çəkənlərin sayı risk faktoru kimi nəzərə alınıb.

Sinqapur əhalisi bütün kateqoriyalar üzrə 89,45 faizlik yüksək göstərici nümayiş etdirib. İkinci pillədə 89,07 faiz göstərici ilə italiyalılar qərarlaşıb. Avstraliya vətəndaşları 88,33 faiz toplayaraq üçüncü olub.

İlk onluqda İsveçrə (4-cü pillə, 88,29 faiz), Yaponiya (5-ci pillə, 86,83 faiz) və İsrail (6-cı pillə, 85,97 faiz) qərarlaşıb.

Böyük Britaniya reytinq cədvəlində (76,84 faiz) 21-ci, ABŞ (66,84 faiz) isə 33-cü pillədə yerləşib.

Qeyd edək ki, reytinqin tərtibi zamanı hərbi əməliyyatlar nəticəsində ölüm halı nəzərə alınmayıb, buna görə Suriya və Liviya kimi ölkələr reytinqin yuxarı pillələrində qərarlaşıblar.Reytinqin aşağı pilləsində isə Afrika dövlətləri bərqərar olub./size]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 351 368 410 354 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.