ice berg

ice berg Məsləhətlər 29-12-2022, 17:25

Notbukun üzərinə su dağılarsa…

Notbukun üzərinə su dağılarsa…
Cəld hərəkətə keçsəniz, üzərinə su dağılmış notbuku xilas etmək mümkündür.

Bildirilir ki, belə bir hadisə baş verdikdə cihazı dərhal söndürmək, şəbəkədən ayırmaq, sonra isə notbuku açmaq və onu tərsinə çevrilmiş “V” şəklində düz bir səthə qoymaq lazımdır.



“Bu vəziyyətdə içəriyə axmağa vaxt tapmış istənilən maye klaviaturadan, havalandırma və başqa dəliklərdən axacaq. Onu bu vəziyyətdə qoyaraq, suyun öz-özünə çıxış yolunu tapmasına imkan verin. Su sızdıqca onu vaxtında silin”, - deyə portaldan məsləhət görülür.

Notbuku qurutmaq üçün salfetlər və ya kağız dəsmallardan istifadə etmək təklif olunur, kiçik hissələr və dəliklər üçün isə pambıq başlı çöplər yaxşıdır.

Bütün su boşaldıqdan sonra, notbukun qapağını açmaq, batareyanı çıxarmaq (dəyişəbiləndirsə) və onu qurutmaq lazımdır. Mümkün olduqca digər hissələr də diqqətlə qurudulmalıdır.

“Ancaq belə bir imkan yoxdursa və ya onların üzərində plomblar varsa, mümkün problemlərin diaqnozu üçün cihazı xidmət mərkəzinə aparmaqdan başqa yol yoxdur”, - deyə portaldan vurğulanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 435 414 400 418 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.