Təbriz Oğuz Camalzadə

Təbriz Oğuz Camalzadə özünü 🤔 fikirli hiss edir. Şeirlər 30-12-2022, 11:00

Şeir

Şeir
Çox ağır zamana gəlib çıxmışıq
Ailələr dağıdıb,evlər yıxmışıq
Ayrılmış qadına elə baxmışıq
Halalın qalıbdır, 'Dula' ac olduq

Biz bu cür zamanda nələr görmədik
Doğmamız yad oldu,dəyər vermədik.
Təəssüf ki, "pul hər şey deyil" bilmədik
Yenə də,yenə də 'Pula' ac olduq.

Bu nə cür səhnədir,deyin nə roldu
Axı bu nə məqsəd,axı nə yoldu.
Çoxları soyunub abırdan oldu
Mənasız bir sözə, 'Ful'a ac olduq

Yatıb kölgələrdə heç oyanmadıq,
Bizlərə haramı əsla danmadıq.
Verilmiş nemətə 'Şükür' qanmadıq..
Naşükür olandan 'Yala' ac olduq

söz:Təbriz Oğuz Camalzadə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 510 462 415 440 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.