Çox gözəldir səni sevmək
Həyat qəribədir, bir neçə il əvvəl tanımadığın bir adam həyatının tam mərkəzinə yerləşir və sən bundan çox xoşbəxt olursan.
Səni düşünmədiyim, ağlıma gəlmədiyin 1 saat belə olmur. Görəsən indi neynir, görəsən burda olsa nə edərdi, görəsən bu söhbəti eşitsə necə reaksiya verərdi.
Sanki mövzu sən olanda hər şey daha başqa, daha gözəl olur.
Nə gözəldir səni sevmək.
Bir payız gününün ömrümü həmişəlik bahar edəcəyi ağlıma belə gəlməzdi ilk səni görəndə. O solğun günü nura qərq edən gözünün içindəki işıq idi.
Dünyada heç bir işıq
Gözün qədər bərq etmir
Sənsiz cənnət, cəhənnəm
İnan ki, heç fərq etmir.
Bəlkə də yuxarıdakı bəndin ritm, qafiyə kimi xüsusiyyətləri zəifdir, amma mənim üçün mənası o qədər sərrastdır ki:
Gözünün içindəki işıq mənim yolumu aydınlandırır, bütün qaranlıqları nura qərq edir.
Səhv başa düşmə, qaranlıqdan heç vaxt qorxmamışam, nə də çətinliklər məni yolumdan döndərib. Amma indi sənin gözlərindəki o işıq olmasa, heç nəyi bacara bilməyəcəkmişəm kimi bir hiss var içimdə. Ən çətin, yorucu, sıxıcı günlərdə belə sənin sevgin məni optimist olmağa təşviq edir.
Sənlə birlikdə içdikdə, stəkanın yarısı həmişə dolu olur.
Çox gözəldir səni sevmək.