ice berg

ice berg Müxtəlif 30-12-2022, 20:02

İnsanlar puzzle yox,Tatlı daşlarıdır

İnsanlar puzzle yox,Tatlı daşlarıdır
Əvvəllər elə düşünürdüm ki, iki insanın bir-birini tamamlaması üçün puzzle parçaları kimi uyğunlaşması lazımdır. Sənin çatışmayan cəhətlərini o tamamlayır və beləliklə siz bir yerdə xoşbəxt olursunuz. Pis konsepsiya deyil, amma nəzərə alsaq ki hər insan möhtəşəm unikallığa malikdir, bu zaman konsepsiyanın doğru olmadığı nəticəsinə gəlmək olur.

İnsanlar puzzle yox, Tatlı daşlarıdır.

Tatlı biz tərəfdə - Ağstafada balaca kənddi. Öz naxış daşları ilə Gəncəbasarda məşhurdu, o tərəflərə yolunuz düşsə Tatlı daşları ilə bəzənmiş çox evlər görərsiniz. Öz sərtliyi ilə seçilən Tatlı daşları ilə evi bəzəmək üçün uyğun parçaları rəndələmək lazımdır. Həmişə bir evi Tatlı daşı ilə bəzəyəndə qıraqda lazımsız, balaca qırıntılar qalır. Mütləq. İdeal görüntünü almaq üçün vaz keçilən balaca qırıntılar.

Düzdür, hər insan unikaldır və bəzən xasiyyətlər arasında problemlər yaranır. Ən yaxşısını almaq üçün müəyyən şeylərdən vaz keçmək lazımdır deyə düşünürəm, bir yerdə bütün ola bilmək üçün həmişə balaca qırıntılar olmalıdır qıraqda qalan.

Tatlı daşları sərtdir, dayanıqlıdır. Bəlkə də onlardan daha yaxşıları da var, çox daha bəzəkli görünənləri. Amma çox ağırlığa tab gətirə bilir Tatlı daşı. Və bir gün hansısa tərəfi qırılsa qıraqda qalan balaca qırıntılarla təmir də etmək olur.

İnsanlar Tatlı daşlarıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
705 642 679 588 658 669

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.