Musayev

Musayev Texnologiya 31-12-2022, 16:10

Qualcomm-un kompüterlər üçün olacaq yeni prosessorunun bəzi texniki özəllikləri məlum olub

Qualcomm-un kompüterlər üçün olacaq yeni prosessorunun bəzi texniki özəllikləri məlum olub
Hələ bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Qualcomm şirkəti kompüterlər üçün nəzərdə tutulmuş yeni ARM prosessor üzərində çalışır və o, Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət aparmalıdır. İndi isə internetdə Qualcomm-un Hamoa kod adına sahib bu prosessorunun bəzi texniki özəllikləri barəsində məlumatlar ortaya çıxıb. İnsayderlərin verdikləri məlumatlara əsasən Qualcomm şirkəti SC8380X və SC8380XP kodlarına sahib iki prosessor modelini artıq test edir.

Kodlara əsasən belə qənaətə gəlmək olar ki, test edilən yeni prosessorlar böyük ehtimal ilə Snapdragon 8cx Gen 3 prosessoru əsasında hazırlanırlar. Qeyd etmək lazımdır ki, Snapdragon 8cx Gen 3 prosessoru vaxtı ikən SC8280 model nömrəsini əldə etmişdi. Məlumatda qeyd edilib ki, keçmiş Apple əməkdaşları tərəfindən Qualcomm üçün hazırlanan yeni prosessor 12 nüvədən ibarət olacaq. Onlardan 8-i yüksək performans nüvəsi, 4-ü isə enerji effektivliyi nüvəsi olacaq. Bundan əlavə olaraq prosessor LPDDR5X standartlı RAM yaddaşlarını, UFS 4.0 standartlı daxili yaddaş həcmlərini və Snapdragon X65 5G modemini dəstəkləyəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
600 605 529 517 470 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.