n2006

n2006 Xəbərlər 1-01-2023, 11:09

Bu gündən miqrasiya işçiləri hər ay vəzifə maaşına əlavə alacaqlar

Bu gündən miqrasiya işçiləri hər ay vəzifə maaşına əlavə alacaqlar
Azərbaycanda miqrasiya orqanlarının işçiləri bu ildən hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

LoaDinG.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ötən il dekabrın 20-də “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik barədə qanunu imzalayıb.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddə aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Prezidentin imzaladığı sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən Azərbaycan Respublikasında müvafiq vəzifələrdə olan dövlət qulluqçularının aylıq vəzifə maaşları səviyyəsində müəyyən edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
308 319 339 358 347 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.