n2006

n2006 Xəbərlər 1-01-2023, 11:20

Ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə rüsumlar dəyişib

Ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə rüsumlar dəyişib
Bu gündən ölkədə əcnəbilərə iş icazəsinin verilməsinə görə yeni rüsumlar alınacaq.

LoaDinG.Az`ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə bu gündən Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə aşağıdakı rüsumlar alınacaq:

1. 10 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 600 manat;

2 ilədək – 1 800 manat;

2. 15 iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 400 manat;

2 ilədək – 1 600 manat;

3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda:

1 il 6 ayadək – 1 200 manat;

2 ilədək – 1 400 manat məbləğində dövlət rüsumu alınacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
247 292 281 351 331 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.