Musayev

Musayev Azərbaycan 1-01-2023, 19:00

Bakıda Yeni il şənliyindən sonra izdiham: Yaranan sıxlıq azyaşlıları çətin vəziyyətdə qoydu

Bakıda Yeni il şənliyindən sonra izdiham: Yaranan sıxlıq azyaşlıları çətin vəziyyətdə qoydu
Ötən gün Bakıda baş tutan Yeni il şənliyindən sonra şəhərin Nizami küçəsi və “Sahil” metrosu qarşısında insan sıxlığı yaranıb.

Paytaxt sakinləri və şəhərə gələn qonaqlar atəşfəşanlığa tamaşa etmək, mərkəzdə bayram ab-havasını hiss etmək üçün küçələrə axışıblar.

Yaranan sıxlıq nəticəsində insanlar hərəkət etməkdə çətinlik çəkiblər. Bundan əlavə, tədbirlərdən sonra evinə qayıtmaq istəyən vətəndaşlar “Sahil” metrosunun qarşısında toplaşıb.

Sosial şəbəkədə yayılan görüntülərdən izdiham zamanı uşaqların çətin vəziyyətə düşməsi, insanlar arasında gərginlik yaşanması görünür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
625 666 567 594 540 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.